Bakı metrosunda sərnişini qatar vurub

Bakı metrosunda sərnişini qatar vurub
  13 Dekabr 2014    Oxunub:2415
Ötən gün metronun 28 may stansiyasında saat 18:32-də sərnişini qatar vurub.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, ötən gün Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən 41 saylı qatar platformadan hərəkətə keçəndə qatarın arxa güzgüsü 1997-ci il təvəllüdlü Hüseynov İbrahim Zöhrab oğluna dəyib. Onun sözlərinə görə, səbəb sərnişinin təhlükəsizlik xətini keçməsi olub:

“Sərnişinin diqqətsizliyi ucbatından başı zədələnib. Hadisə yerinə təcili tibbi yardım çağrılıb və sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti