Millət vəkili senatorla görüşdü

Millət vəkili senatorla görüşdü
  14 Dekabr 2014    Oxunub:1563
Millət vəkili Qənirə Paşayeva Pakistan Parlamentinin senatoru Nuzhat Sadiq ilə görüşdə əsir və girov qadınlardan danışıb.
AzVision.az -ın məlumatına görə, millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Pakistan Parlamentinin senatoru Nuzhat Sadiq ilə görüşüb. Ona Azərbaycanla bağlı, Azərbaycada qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlərlər bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva Pakistan Parlamentinin senatoru Nuzhat Sadiqa qaçqın və məcburu kökün qadınlarıla da bağlı danışıb.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli bə azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Azərbaycan xalqının Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ məsələsinə dəstəyindən dolayı Pakistan Parlamentinin senatoru Nuzhat Sadiqatəşəkkürünü bildrib.

“Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin və sizin kimi bu məsələyə dəstək verən ədalətli insanların bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”.



Teqlər:  



Xəbər lenti