Dərsliklərdə yenilik ediləcək

Dərsliklərdə yenilik ediləcək
  15 Dekabr 2014    Oxunub:1339
“Bu ilin sonuna kimi, həm də elektron tapşırıqlar, müxtəlif intellektual oyunlar, ayrı-ayrı videodərslər, təhsillə bağlı bir neçə portallar hazırlanacaq”.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin keyfiyyətin qiymətləndirilməsi sektorunun müdiri Emin Әmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq kitabların əksəriyyəti hazırdır. Sektor müdiri onu da bildirib ki, bu ilin sonuna kimi VI-VII siniflərin hər biri üzrə 12 kitab, II və III siniflərin hər biri üzrə isə 6 kitab olmaqla ümumilikdə 365 dərslik elektron şəkildə istifadəçilərə təqdim ediləcək:

“Bu ilin sonuna kimi, həm də elektron tapşırıqlar, müxtəlif intellektual oyunlar, ayrı-ayrı videodərslər, təhsillə bağlı bir neçə portallar hazırlanaraq təhsil alanlara, təhsilverənlərə və geniş ictimaiyyətə təqdim olunacaq”.

Nazirlik rəsmisi hesab edir ki, bu resurlardan istifadə təhsilimizdə həm səmərəliliyin, həm də keyfiyyətin artırılmasına əsas səbəb olacaq.

AzVision.az




Teqlər:  



Xəbər lenti