Əfv ərizəsi yazanların sayı artır - Rəsmi

Əfv ərizəsi yazanların sayı artır - Rəsmi
  15 Dekabr 2014    Oxunub:3545
Son 3 ay ərzində əfv üçün müraciət edən məhkumların sayında kəskin artım var.
Bu barədə AzVision.az-a Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov məlumat verib. O, bildirib ki, sonuncu əfv sərəncamından bəri müraciətlərin sayı 10-15 faiz artıb:

“Əfvlə bağlı müraciət edənlərin sayı hər ay artır. Bu gün bizə məhkumların valideynləri əfvlə bağlı müraciət ediblər. Biz onları məlumatlandırmışıq. Ağır cinayətlərə görə məhkum olunanlar cəzasının yarı hissəsini çəkməlidir ki, əfvlə bağlı müraciət edə bilsin. Yüngül cinayət törədən məhkum isə cəzasının üçdə birini çəkdikdən sonra əfvlə bağlı müraciət edə bilər. Valideynlər bunu bilsələr müraciətlərinə imtina cavabları almayacaqlar. Tanınmış məhkumlarla bağlı bizə heç bir müraciət daxil olmayıb”.

Qeyd edək ki Ombudsman Elmira Süleymanova bir neçə gün öncə verdiyi açıqlamada 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ilə bağlı əfv sərəncamının olma biləcəyini qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də əfvlə bağlı sərəncam imzalayıb.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti