Şaxta babalardan Meriyaya müraciət

Şaxta babalardan Meriyaya müraciət
  15 Dekabr 2014    Oxunub:1878
Dənizkənarı Bulvar istisna olmaqla, Bakı şəhərinin meydanlarında və əhalinin çox olduğu yerlərdə Şaxta babalar dekabrın 20-dən sonra fəaliyyətə başlayacaq.

Bu barədə AzVision.az-a Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, hazırda Şaxta baba fəaliyyəti üçün icazə almaq istəyənlər quruma müraciət edirlər: “Bizə icazə almaq üçün müraciətlər daxil olur. Lakin, indi onların sayını açıqlaya bilməyəcəyik”,-deyə Ə.Bağırov qeyd edib.

Xatırladaq ki, əvvəlki illərdə Şaxta Baba fəaliyyəti üçün icazənin qiyməti 60 manat və fəaliyyət müddəti yanvarın 13-dək təşkil edib.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti