`Xoruzun quyruğu görünür...` - İsa Qəmbərə cavab

`Xoruzun quyruğu görünür...` - İsa Qəmbərə cavab
  15 Dekabr 2014    Oxunub:1730
`Müxalifət Azərbaycanda keçiriləcək olimpiya oyunları ilə bağlı xaricdən xüsusi tapşırıqlar alıblar`.
Müsavatın keçmiş başqanı İsa Qəmbərin Bakıda keçiriləcək Avropa Olipmiyanı boykot edəcəkləri ilə bağlı ötən gün mitinqdə səsləndiridi çıxışa iqtidardan cavab gəlib.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə AzVision.az-a açıqlamasından bildirib ki, müxalifət xaricdən Azərbaycanda keçiriləcək Olimpiya oyunları ilə bağlı xüsusi tapşırıqlar alıblar”.

“Müxalifət aksiyalarının əsas vəzifəsi ancaq hakimiyyətə gəlməkdir. Amma indiki müxalifət partiyalarının fəaliyyətində hakimiyyəti idarə etməklə bağlı hər hansı bir real təklif görünmür. Müxalifət bu və ya digər məsələlərlə bağlı ancaq təkilflər irəli sürür.

Dünən elan ediblər ki, əgər insan haqqları pozularsa onlar Azərbaycanda gələn il keçiriləcək Avropa Olimpiya Oyunlarını baykot edəcəklər. Xoruzun quyruğu burada görünür. Aydın olur ki, bu gün müxalifət xaricdən Azərbaycanda keçiriləcək olimpiya oyunları ilə bağlı xüsusi tapşırıqlar alıblar”.

A. Mirzəzadə qeyd edib ki, istənilən halda Avropa Olimpiya Oyunları Azərbaycanda yüksək səviyyədə keçiriləcək:

“Belə çıxır ki, müxalifət Azərbaycanın problemlərinin həlli, nüfuzunun artmasında deyil, məhz onun beynəlxalq aləmdə gözdən düşməsində maraqlandırır. Bu gün Ermənistan Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmağa çalışır. Eyni tezisləri isə bu gün 300-400 nəfərlik auditoriya qarşısında radikal müxalifət liderləri bildirirlər. Müxalifət nə vaxt alternativ proqramlar irəli sürəcəklər? Heç bir halda Azərbaycanda demokratiyaya və insan haqlarına hücum olmayacaq. Azərbaycanın kiçik bir sosial bazaya malik olan radikal müxalifəti isə həmişə siyasi prosseslərin kənarında cılız şüarlarla çıxış edəcəklər”.

Hafiz Əhmədov



Teqlər:



Xəbər lenti