Bayram yarmarkalarının yeri açıqlandı-SİYAHI
Yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında təşkil olunur:
Xətai rayonu - Ukrayna dairəsinin yanı;
Nəsimi rayonu - S.Vurğun küçəsi, 73, Təzə bazarın ərazisi;
Yasamal rayonu - Şərifzadə küçəsi, 1, Rabitə Kollecinin arxası;
Nərimanov rayonu - "Gənclik" metrostansiyasının yanı;
Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, məktəbin arxası;
Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi; Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 12;
Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi, 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və orada satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


