Sayımız 9 milyon 574 min nəfəri keçdi
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 97,2 min nəfər və ya 1% artaraq 2014-cü il noyabr ayının 1-i vəziyyətinə 9 574,3 min nəfərə çatıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub.
Hazırda hər 1 000 nəfər kişiyə 1 011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2%-i şəhər, 46,8%-i isə kənd sakinləri təşkil edir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


