Dünya Azərbaycanın hüquqları pozulanda niyə susur? - Səməd Əlizadə

Dünya Azərbaycanın hüquqları pozulanda niyə susur? - Səməd Əlizadə
  17 Dekabr 2014    Oxunub:5417
Azərbaycan Sosial Demokrat Partiyasının nümayəndəsi, Araz Əlizadənin oğlu Səməd Əlizadə Sosintern Şurasında çıxış edib.

“Əziz bacı və qardaşlar, mənə çıxış etməyə imkan verdiyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm. Çünki terror mövzusu mənim üçün aktualdır, mən xalqıma və dövlətimizə qarşı terrorun başladığı 1988-ci ildə anadan olmuşam. Bu gün də həmin terror və ədalətsizlik hələdə davam edir.

Terrorçuların adını öyrənmək istəyisiniz? Mən onların adlarını çəkə bilərəm. Bu bizə qonşu olan Ermənistandır. Lakin bu terror 1998-ci ildə yox, ötən əsrin əvvəli 1905-ci ildə, Rusiya imperiyası dönəmində başlayıb. Bu terror 1918-ci ildə müstəqil Azərbaycana qarşı da davam etdirilib. Ermənilərin başıbəlalı xalq olması bəhanəsi ilə bizi öldürür, təhqir, deportasiya edir və susmağa məcbur ediblər. Fərz edək ki, ermənilər başıbəlalı xalqdır və onlara kömək etmək lazımdır. Bunun Azərbaycan və azərbaycanlılarla nə əlaqəsi var?
Mən bu gün Azərbaycan ərazisinin 20 faizin işğal edildiyini, 20000 çox vətəndaşımızın öldürüldüyünü, 50000 çox insanın əlil olduğunu, 5000 çox insanın itkin düşdüyünü, 900-dən çox yaşayış məntəqəsinin dağıdıldığını, 40000 çox tarixi və mədəni abidələrin yer üzündən silindiyini və bir milyondan çox insanın qaçqın düşdüyünü xatırlatmaq istəyirəm. Bundan əlavə münaqişə başlayana qədər ölkəmizdə 30-yaxın terror aktı törədilib.

Terror hücumları nəticəsində 280-dan çox insan öldürülüb və 300 nəfər isə yaralanıb. Bu hücumların qurbanları sırasında uşaqlar da var. Ermənilər Sumqayıtdakı hadisələr haqqında danışmağı çox sevirlər. Lakin onlar unudurlar ki, Sumqayıtdakı hadisələrin təşkilatçısı cinayətkar, residivist Qriqoryan və onun milliyətcə ermənilərdən təşkil olunan dəstəsi durub. Məhz onlar şəhərdə yaşayan erməniləri soyur, onlara təcavüz edirdi. Bütün bunların arxasında isə “KQB” dururdu. Lakin bu gün mən terror, zorakılıq, müharibələrin olmadığı bir dünyada yaşamaq istəyən gənc kimi danışmaq istəyirəm.

Bu zalda dünyadakı hadisələrə müdaxilə edə biləcək insanlar oturub. Mən onlara müraciət edirəm. Gəlin dürüst olaq. Bizim hər birimiz dünyamızın 21-ci əsrin əvvəlində 20-ci əsrin ilk yarısına qayıtmasına görə məsuliyyət daşıyırıq. Beynəlxalq hüququ heç kim saymır. Heç kim beynəlxalq hüququ saymır.

Azərbaycanın işğal olunmuş torpaqlarının dərhal azad olunması dair dörd BMT qətnaməsi olmasına baxmayaraq işğalçı Ermənistana qarşı heç bir iqtisadi, siyasi və hərbi sanksiya tətbiq edilmir. 1992-ci ildə ermənilər Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədilib. Fevralın 25-indən 26-a keçən gecə, cəmi bir neçə saat ərzində 106-ı qadın və 83 uşaq olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 56-ı amansızlıqla öldürülüb, 8 ailə isə tamamilə məhv edilib. Bütün dünya Azərbaycanın hüquqları pozulanda niyə susur?

Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti