Sabiq deputat düşdüyü qəzadan danışdı

Sabiq deputat düşdüyü qəzadan danışdı
  17 Dekabr 2014    Oxunub:1721
Bu gün Bakının Səbail rayonu ərazisində - "Azadlıq" meydanında ağır yol qəzasına düşən keçmiş deputat Əliməmməd Nuriyev artıq evə buraxılıb.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, "Konstitutsiya" Araşdırmalar Fondunun rəhbəri deyib ki, həkimlər ona 1 həftə ərzində istirahət etməyi məsləhət görüblər:

"Həkimlər yoxladılar, tomoqrafiya olundum, ciddi bir şey çıxmadı. Amma başağrılarım var. Gərək 1 həftə istirahət edim". Ə.Nuriyev qəza anını xatırlaya bilmədiyini əlavə edib və bildirib ki, onun idarə etdiyi maşını vuran digər avtomobil sürətlə hərəkət edirmiş:

"Onu xtırlayıram ki, mənim idarə etdiyim maşını arxadan yan tərəfdən vurdular. Həmin maşın sürətlə hərəkət edirdi. Sonrasını isə xatırlaya bilmirəm".




Teqlər:



Xəbər lenti