Azərbaycanda ən çox qoyulan ad Zəhradır - 16 min

Azərbaycanda ən çox qoyulan ad Zəhradır - 16 min
  17 Dekabr 2014    Oxunub:1859
Ədliyyə Nazirliyi son beş ildə uşaqlara qoyulan ən populyar adların statistikasını açıqlayıb.
AzVision.az saytı bildirir ki, beş ilin (2010, 2011, 2012, 2013, 2014) toplu nəticəsinə görə, ən populyar ad Zəhradır. Bu illərdə Azərbaycan Respublikasında doğulmuş 16952 uşağa Zəhra adı verilib.

2-ci yerdə Yusif gəlir. Beş ildə 16923 uşağa Yusif adı qoyulub.

3-cü yeri Nuray adı tutur: 14077.

Azərbaycan Respublikasında doğulmuş uşaqlara qoyulan ən populyar adların beş illik statistikasında Fatimə 4-cü (13471), Əli 5-ci (13100), Hüseyn 6-cı (12258), Məhəmməd 7-ci (8348), Murad 8-ci (7909), Zeynəb 9-cu (7671), Ayan 10-cu (7631) yerdədir. (mediaforum.az)


Teqlər:



Xəbər lenti