Nazirlikdən 125 minlik cərimə

Nazirlikdən 125 minlik cərimə
  20 Dekabr 2014    Oxunub:1284
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən dekabrın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılmış araşdırmanın nəticələri açıqlanıb.
AzVision.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 198 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 84 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə 49 iş üzrə 125011.88 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 23 iş üzrə 56734.19 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 109 iş üzrə 14408.3 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qurumlarına 20, məhkəmələrə isə 2 iş göndərilib.


Teqlər:





Xəbər lenti