Millət vəkilləri tətilə çıxır
Bu barədə AzVision.az-a millət vəkili Zahid Oruc məlumat verib. Deputat iclasın gündəliyinin hələki müəyyən edilmədiyini deyib:
“İclasın gündəliyi dəqiqləşdirilmə ərəfəsindədir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla bağlı komitə səviyyəsində təklif edilən dəyişikliklər plenar iclasa tövsiyyə olunub. Bu məsələ gündəliyə çıxarılacaq. Həmçinin dövlətlər arasında saziş və bir neçə qanunda dəyişiklik gündəliyə təklif olunub”.
Anar Kəlbiyev