Hava kəskin pisləşəcək

Hava kəskin pisləşəcək
  22 Dekabr 2014    Oxunub:1776
Bu gündən Azərbaycanda hava şəraiti qısa müddətə dəyişəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a daxil olan məlumata görə, günün ikinci yarısından başlayaraq cənub-qərb küləyi əsəcək.

Günün ikinci yarısında artıq şimal-qərb küləyi ilə əvəz olunacaq.

Külək gecə və səhər arabir güclənəcək. Sabah günün ikinci yarısında külək artıq mülayimləşəcək. Ölkə ərazisində havanın temparturunun əsasən, sabah enəcəyi, dekabrın 24-dən isə temperaturun yendiən yüksələcəyi gözlənilir.

Dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacağı, bəzi yerlərdə yağıbtılı olacağı ehtimalı var. Hava günün ikinci yarısında dəyişkən buludlu olacaq. Gecə şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında artıq külək nisbətən mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan bölgələrində havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti gözlənilir


Teqlər:  





Xəbər lenti