Səfirlik əməkdaşının qəzası ilə bağlı rəsmi AÇIQLAMA

Səfirlik əməkdaşının qəzası ilə bağlı rəsmi AÇIQLAMA
  29 Dekabr 2014    Oxunub:1723
Fövqəladə Hallar Nazirliyi Bakıda ABŞ səfirliyinin avtomobilinin iştirakı ilə nəticələnən yol qəzası barədə məlumat yayıb
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Nəsimi rayonu ərazisində “Chevrolet” markalı minik avtomobili və “Zontes” markalı motosiklet toqquşub.

Məlumat daxil olan kimi hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub.

Məlum olub ki, qəza nəticəsində motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Nərmin Rasim qızı Abdullayeva motosikletdən yıxılaraq avtomobilin altına düşüb. O, maşın altında sıxılmış vəziyyətdə qalıb.

N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 22:03-də başa çatıb.

Qeyd edək ki, qəzaya düşən avtomobilin ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus olduğu bildirilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti