Zakir Həsənov prezidentə məktub yazdı

Zakir Həsənov prezidentə məktub yazdı
  30 Dekabr 2014    Oxunub:2484
İlk növbədə Azərbaycan gəncliyinə göstərdiyiniz böyük diqqət və qayğıya görə sizə dərin minnətdarlığımı bildirirəm.
AzVision.az xəbər verir ki, ölkəmizin inkişaf etməsi, gündən-günə çiçəklənməsi sizin uzaqgörən siyasətinizin və yüksək idarəetmə bacarığınızın nəticəsidir. Belə gözəl məmləkətdə yaşamaqdan qürur hissi duyuram.

Dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin müdrik kəlamı – “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” bizim yaddaşımıza əbədi həkk olunub.

Möhtərəm Prezident, bu sözlər hər birimizə Vətən sevgisi, vətənpərvərlik hissi, azərbaycançılıq ruhu aşılayır. Həyata keçirdiyiniz genişmiqyaslı işlərə görə Sizə dərin minnətdarlığımı bildirir, düşmən üzərində qələbə sevinci arzulayıram.

AzVision.az


Teqlər:  



Xəbər lenti