Prezident Oqtay Əsədova “Şərəf” ordenini təqdim etdi

Prezident Oqtay Əsədova “Şərəf” ordenini təqdim etdi
  30 Dekabr 2014    Oxunub:2068
“10 ilə yaxındır ki, Azərbaycan Milli Məclisinə sədrlik edirsiniz. Rəhbərliyiniz altında parlament beynəlxalq təşkilatlar və digər qurumlarla sıx əlaqələr qurulub. Respublika və xalqın xeyrinə qərarların qəbul edilməsində xidmətləriniz əvəzsizdir”.

AzVision.az xəbər verir ki, bu fikirləri MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov spiker Oqtay Əsədovun 65 illik yubileyini təbrik edərkən deyib.

Bu illər ərzində spiker tərəfindən ölkə başçısının uğurlu siyasi xəttini dəstəkləndiyini deyən millət vəkili qeyd edib ki, prezident İlham Əliyevin “Şərəf” ördeni ilə təltif etməsi əlamətdar hadisədir:

“Bütün həmkarlarım adından sizin yubileyi və təltif olunma münasibəti ilə təbrik edirik. Arzu edirik ki, 80 illik yubileyinizi də məhz bu zalda və bu vəzifədə qeyd edək”.

Spiker Oqtay Əsədov isə deyib ki, bir neçə dəqiqə əvvəl ölkə başçısı ilə görüşdüm və “Şərəf” ordenini mənə təqdim etdi: “Təbriklərə görə hamınıza minnətdaram. Təqdimat zamanı ölkə başçısı mənə dedi ki, onun adından Milli Məclisin bütün üzvlərini Yeni il bayramı münasibəti ilə təbrik edim”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti