“Əsgərlik konservatoriya deyil...” - Siyavuş Novruzov

“Əsgərlik konservatoriya deyil...” - Siyavuş Novruzov
  30 Dekabr 2014    Oxunub:2316
YAP-çı deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən son plenar iclasında magistrlara möhlət hüququnun verilməsi haqqında müddəanın “Elm haqqında” qanuna salınmasını düzgün olmadığını deyib.
AzVision.az xəbər verir ki, deputat bunu hərbi çağırışa aid sənədlərin predmeti kimi əsaslandırıb.

“Bəzən belə fikir səslənir ki, orduya savadlı insanlar lazım deyil. Amma belə deyil, orduda savadlı adamlar lazımdır. Orduya savadlı adamlar da getməlidir. Orduda təhsili olan insanlar üstünlük təşkil etməlidir ki, nəyin ki, təhsili olmayanalar. Bura gedən insan elə ilk növbədə hesablamalar bacarmalıdır. Zabit savadlı olmasa, əsgərləri necə yönləndirə bilər? Əsgərlik bədən tərbiyəsi, idman akademiyası, yaxud da konservatoriya deyil, bura ordudur”- deyə, S. Novruzov qeyd edib .

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti