Nazirlik bayramda da gücləndirilmiş rejimdə işləyəcək

Nazirlik bayramda da gücləndirilmiş rejimdə işləyəcək
  30 Dekabr 2014    Oxunub:1557
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində şəbəkələrin fasiləsiz işini təmin edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində rabitə, internet, televiziya, radio və poçt əlaqəsi xidmətlərinin göstərilməsi üzrə fasiləsiz iş təmin olunacaq.

Nazirlikdən AzVision.az-a bildirilib ki, bu məqsədlə dövlət operatorlarının telekommunikasiya qovşaqları bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Həmçinin abonentlərin rahatlığının təmin olunması üçün əlavə tədbirlər nəzərdə tutulur. Baş verə biləcək problemlərin operativ aradan qaldırılması məqsədilə təhlükəsizlik xidməti gücləndiriləcək.




Teqlər:  



Xəbər lenti