Milli Məclisdən Dünya azərbaycanlılarına MÜRACİƏT
Azərbaycan Milli Məclisinin bu gün keçirilən son plenar iclasında Dünya azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edilib. AzVision.az xəbər verir ki, müraciəti MM-in vitse-spiker Bahar Muradova oxuyub.
Müraciətdə qeyd olunur ki, Azərbaycanın yeni tarixinə xalqımızın milli-mənəvi bütövlük arzusunda təcəssümü kimi daxil olmuş 31 Dekabr-Dünya azərbaycanlılarının həmrəylik günü bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın 4 bir yanına səpələnmiş soydaşlarımızın deyil, əqidə və əməl birliyinin yaradılmasının ümumilli vəzifə kimi irəli sürür. Sürətlə dəyişən dünyada xalqımızın bütün gücünü bir yerə toplamaq əzmindən güc alan həmrəylik günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub.
Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses xalqımızın tarixi müqəddaratında köklü dəyişikliklərin baş verdiyi dövrdə vüsət alıb. Müstəqliyyinin ilk illərində ağır sınaqlara çəkilən, gərgin və çıxılmaz vəziyyətlərə düşən Azərbaycan bir əsrdə ikinci dəfə qismətinə düşən istiqlaliyyətini Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sahəsində qoruyub saxlaya bildi. Azərbaycan uçurum bir addımlığından geri dönərək onu hədələyən bütün təhlükələrə sinə gərdi, cəmiyyət həyatında sabitliyə nail olaraq ardıcıl inkişaf yoluna çıxdı.
Heydər Əliyev yolunu yaradıcı sürətdə davam etdirən prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə, bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilmişdi. 10 ildən artıqdır ki. Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yerini inamla qoruyub saxlayıb.
Azərbaycançılıq amalının şüurlara və qəlblərə hakim kəsilməsinə yönəlik uzaqgörən dövlət siyasəti həyata keçirilir. Xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir.
Milli Məclis dünya azərbaycanlılarını birliyə, milli-mənəvi dəyərlərimizin qorunmasına, ümummilli problemlərimizin həllində birləşməyə çağırıb.
Anar Kəlbiyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


