Araq, pivə, siqaret bahalaşacaq

Araq, pivə, siqaret bahalaşacaq
  30 Dekabr 2014    Oxunub:2545
Bu gün Milli Məclis Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsini qəbul edib. Yeni ildən dövlət bir sıra istehlak mallarına daha yüksək aksiz dərəcəsi tətbiq edir, qızıl, platin, almaz və məmulatlarına aksiz tətbiq edir.
İdxal olunan platinə görə vergi tutulan əməliyyat platinin hər qramı, qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə - qızılın min çəki vahidindəki miqdarı, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza görə isə almazın karatıdır.

Azərbaycan Mərkəzi Bankı və Neft Fondunun ehtiyatları üçün alınan qiymətli metallar və daş-qaş istisna təşkil edir.

Alkoqollu içikilər üzrə aksizlər bir neçə dəfə artırılır. Məsələn, 1 litr pivənin aksizi 8-dən 20 qəpiyə, arağın aksizi 50 qəpikdən 2 manata artırılır.

1000 ədəd siqarın aksizi 10 manat, həmin sayda siqaretinki 4 manat olacaq.

İdxal edilən nəqliyyat vasitələrinə də aksiz dərəcələri artırılır. Avtonəqliyyat vasitəsi nə qədər baha, mühərrik həcmi çox olarsa, aksiz də yüksək olur. Məsələn, mühərrikin həcmi 2000 kub/santimetrədək olduqda aksiz 15 yox, 20 qəpik olacaq. Mühərrikinin həcmi 3000 kub/santimetrədək olan avtomobil idxal edəndə 400 manat (əvvəl 300 manat), eləcə də mühərrikin həcminin 2001-3000 kub/santimetr hissəsi üçün hər kub/santimetrə görə 1,5 manat tələb ediləcək.

Mühərrikin həcmi 5000 kub/santimetrdən çox olduqda aksiz dərəcəsi 13900 manat, üstəgəl mühərrikin həcminin 5000 kub/santimetrdən çox olan hissəsi üçün hər kub/santimetrə görə 10 manat təşkil edəcək.


Teqlər:



Xəbər lenti