Bakıda atəşfəşanlıq və lazer şou olacaq
Onun sözlərinə görə, Bakıda təşkil olunmuş lazer şou hər gün saat 18:00-dan 02:00-a qədər davam edir.
Nazim Məcidov qeyd etdi ki, bu şou yanvarın 10-na qədər davam edəcək.
Həmin lazer şoular Bakının iki ərazisindədir:
“Biri Qız Qalası ilə üzbəüz bulvara girdikdə, digəri isə qoşa fontanlarla “Mirvari” kafesinin ortasında, “Kukla” teatrından “Saat qülləsi”nə gedən istiqamətdə qurulub”- deyə o vurğuladı.
Rəis müavininin bildirdiyinə görə, hər il Yeni il bayramı ilə əlaqədar Konsert proqramları təşkil olunur, bu il isə paytaxt sakinləri üçün əyləncə proqramları nəzərdə tutulmayıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


