Tbilisidən Bakıya gələnlərə ŞAD XƏBƏR

Tbilisidən Bakıya gələnlərə ŞAD XƏBƏR
  31 Dekabr 2014    Oxunub:2493
Tbilisidən Bakıya geri dönəcək turist qatarına ehtiyac yaranacağı təqdirdə əlavə vaqonlar qoşulacaq.
AzVision.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AzərTAc-a bildirib ki, Bakı-Tbilisi turist qatarı dekabrın 29-da 200-ə yaxın sərnişinlə yola düşüb. Qatar yanvarın 3-də Bakı vaxtilə saat 22.00-da Tbilisidən geri qayıdacaq və yanvarın 4-də paytaxta çatacaq. “Bildiyiniz kimi, Gürcüstana təkcə dəmir yolu ilə deyil, digər nəqliyyat növləri ilə gedənlər də var. Ona görə də Azərbaycana gələnlərin sayının çox olacağını nəzərə alaraq, ehtiyac yaranacağı təqdirdə geri qayıdacaq turist qatarına əlavə vaqonların qoşulması da təmin olunacaq”, - deyə N.Əzməmmədov əlavə edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti