“Lotu Quli”nin gürcü düşməni deportasiya edildi

“Lotu Quli”nin gürcü düşməni deportasiya edildi
  02 Yanvar 2015    Oxunub:3063
Minsk hava limanında Belarus polisi tərəfindən saxlanılan 39 yaşlı “qanuni oğru” Laşa Celadze (Raça) dekabrın 31-də bu ölkədən deportasiya olunub.
AzVision.az AzNews.az-a istinadən xəbər verir ki, Minskə iz itirmək üçün gedən “qanuni oğru”nun əsas getmək istədiyi ünvan Moskva olub. Burada o, Gürcüstanda ona edilən hücumu təhlil etmək üçün oğru dəstəni toplamaq istəyib.

Əldə olunan məlumata görə, dekabrın 9-da evinə gedən Raçaya iki naməlum şəxs hücum edib. Onlardan biri dərhal “qanuni oğru”nun qarın nahiyyəsindən bıçaq zərbəsi endirib. İkinci zərbənin qarşısını Raça bıçağı barmaqlarıyla tutmaqla alıb.

Üçüncü zərbə isə boynunda olan qızıl medalyona tuş gəlib. Sonda hücum edənlərin məqsədlərinə çatmasına yaxınlıqdan keçən polis maneəçilik törədib.

Aşkar edilib ki, hücumdan bir gün öncə Raça oğru dostları ilə birlikdə olub. Burada o, Nadir (Lotu Quli) və Namiq Səlifov qardaşları haqda xoşagəlməz fikirlər səsləndirib. Dərhal da Raçanın dedikləri qardaşlara çatdırılıb. Celadze ilə Səlifovlar arasında münaqişə əvvəlcədən də mövcud olub.

Bu münaqişədə Raçanın tərəfini azərbaycanlı “qanuni oğru” Cavid Məmmədov (Dato Ağcabədinski) saxlayıb.


Teqlər:



Xəbər lenti