İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
  04 Yanvar 2015    Oxunub:2678
Azərbaycan prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının Prezidenti Theyn Seynə məktub ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Myanma İttifaqı Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram".


Teqlər:



Xəbər lenti