Milli Məclisin yaz sessiyası nə vaxt keçiriləcək?

Milli Məclisin yaz sessiyası nə vaxt keçiriləcək?
  05 Yanvar 2015    Oxunub:1893
“Milli Məclisin yaz ssesiyasının başlama tarixi hələ ki, dəqiq deyil”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Milli Məclisin üzvü bildirib ki, bu barədə parlamentin rəhbərliyi özü qərar verəcək.

“Praktikaya görə adətən parlamentin iclası 2 gün sonra keçirilib. Hazırda parlamentin yaz ssesiyasının hansı tarixdə keçiriləcəyi bəlli deyil. Bu birbaşa olaraq Milli Məclisin öz ixtiyarında olan bir məsələdir və daxili nizamnaməyə görə onu təyin edəcəklər. Fevral ayının 2-i isə birinci günə düşür. Milli Məclisin iclasları isə adətən həftənin ikinci günü keçirilir. Amma praktikada istisna hallar da olub. Elə olub ki, altıncı gün iclas keçirilib”-deyə Z.Oruc vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti