Vergilər Nazirliyində dəyişiklik

Vergilər Nazirliyində dəyişiklik
  05 Yanvar 2015    Oxunub:2244
Vergilər Nazirliyində struktur dəyişikliyi baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Vergi Audit Departamenti ilə Bakı Şəhər Vergilər Departamenti birləşdirilib.

Yeni qurum Bakı Vergilər Departamenti adı ilə fəaliyyət göstərəcək.

Nazirlikdən “APA-Economics”ə struktur dəyişikliklərinin aparıldığını təsdiqləyiblər. Lakin qurumdan bildirilib ki, bu barədə daha ətraflı məlumat bir müddət sonra veriləcək.

Bununla belə, nazirliyin saytında “Nazirliyin strukturu” bölməsindən həm Vergi Auditi Departamenti, həm də Bakı şəhəri Vergilər Departamentinin adları çıxarılıb. Onların əvəzinə Bakı Vergilər Departamentinin yaradıldığı göstərilir.


Teqlər:  



Xəbər lenti