Bərdədə “Asan xidmət” mərkəzi tikilir - FOTO

Bərdədə “Asan xidmət” mərkəzi tikilir - FOTO
  06 Yanvar 2015    Oxunub:1740
Bərdə şəhərində “Asan xidmət” mərkəzi üçün dördmərtəbəli bina inşa edilir.

Mərkəz üçün 78 sot torpaq sahəsi ayrılıb. Yeni binanın tikinti sahəsi isə 1320 kvadratmetrdir.

“Kayzen” MMC tərəfindən inşa edilən binada artıq tikinti işləri başa çatıb. Hazırda binada havalandırma və elektrik sistemləri, asma tavan, boya işləri aparılır.

Tikintidə 100-dən çox işçi çalışır. İnşaat işlərinin bu il martın sonunadək başa çatdırılması nəzərdə tutulur.

Bina “istifadəyə verildikdən sonra “Asan xidmət” mərkəzinin xidmətindən Bərdə ilə yanaşı, ətraf rayonların əhalisi də istifadə edəcəkdir. Onlar operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və etik davranış qaydalarına nəzarət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərəcək bu mərkəzə daxil olmaqla çoxsaylı xidmətlərdən faydalanacaqlar.




Teqlər:



Xəbər lenti