DİN-dən hakimin ölümü ilə bağlı məlumat

DİN-dən hakimin ölümü ilə bağlı məlumat
  06 Yanvar 2015    Oxunub:1801
Daxili İşlər Nazirliyi Bakıda futbol hakiminin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az-ın nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də saat 11 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakinləri İxtiyar Həsənovun və Xəlil Hüseynlinin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşmuşdur. X.Hüseynli hadisə yerində ölüb, İ.Həsənov isə xəstəxanaya yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti