Azərbaycan XİN: “Bu məsələni araşdıracağıq”
Mətbuat katibi bildirib ki, bir çox hallarda “asbarez.com” kimi erməni kütləvi informasiya vasitələrində bu kimi xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir.
H.Hacıyev deyib: “Xatırladaq ki, Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin bu yaxınlarda Ermənistanda səfərdə olarkən söylədiyi fikirlər də təhrif edilmişdi. Danilo Astorinin söylədiyi iddia olunan fikirləri aydınlaşdırarkən Uruqvay Xarici İşlər Nazirliyi həmin şəxsin özünə istinadən bildirmişdi ki, bu məlumat həqiqətə uyğun deyil, onun tərəfindən belə fikirlər səsləndirilməyib və Uruqvayın rəsmi mövqeyi münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarətdir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


