Səhiyyə Nazirliyindən özəl klinikalara xəbərdarlıq

Səhiyyə Nazirliyindən özəl klinikalara xəbərdarlıq
  06 Yanvar 2015    Oxunub:2062
“Həm özəl, həm də dövlət müalicə-profilaktika müəssisələrində çalışan həkimlər xəstələrə respublikada dövlət qeydiyyatdan keçən dərman vasitələrini təyin etməlidirlər. Ona görə də dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin ölkəyə idxalı və istifadəsi qanunvericiliklə qadağandır”.

Bunu "Report"a Səhiyyə Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova özəl klinika həkimlərinin firmalarla əməkdaşlıq edərək müxtəlif dərmanları satmasına münasibət bildirərkən deyib.

S.Əhmədovanın sözlərinə görə, bunun qarşısını almaq üçün Səhiyyə Nazirliyi digər dövlət orqanları ilə birgə müvafiq işlər görür: "Ümumiyyətlə, həkimin müəyyən stimullar müqabilində hər hansı bir firmaya məxsus dərman vasitələrini xəstələrə təyin etməsi qeyri-qanunidir. Bunun qarşısını almaq üçün bir neçə ildir ki, nazirlik tərəfindən əczaçılıq şirkətləri nümayəndələrinin iş vaxtı müddətində müalicə-profilaktika müəssələrinə girişi qadağan edilib".



Teqlər:  



Xəbər lenti