Gizirimiz minaya düşdü

Gizirimiz minaya düşdü
  06 Yanvar 2015    Oxunub:1799
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində Şəki rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Məmmədov Şamo Əhməd oğlu yaralanıb.

Yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə edilib.

Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

AzVision.az


Teqlər:  



Xəbər lenti