Nazirlik fermerlərin köməyinə çatdı

Nazirlik fermerlərin köməyinə çatdı
  07 Yanvar 2015    Oxunub:1478
Ötən məhsul ilində əlverişsiz təbii şəraitlə əlaqədar respublikanın bir sıra bölgələrində, əsasən də dəmyə şəraitində taxıl istehsalçıları məhsuldarlığın kəskin azalması, əkinlərin məhv olması problemi ilə üzləşmiş və nəticədə maddi zərərə məruz qalıb.
Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az-a verilən məlumata görə, toxum təminatı ilə bağlı yaranmış çətinliklərlə əlaqədar rayonlardan Nazirliyə daxil olmuş çoxsaylı müraciətlərin həlli məqsədilə bir sıra rayonlara növbəti ilin məhsul yığımında qaytarılması şərti ilə istehsalçıların “Azərtoxum” MMC tərəfindən taxıl məhsulları toxumu ilə təchiz edilməsi təmin olunub.

Daha sonra həmin istehsalçılara verilən toxumun pulu dövlət büdcəsi vəsaiti hesabına ödənilib.


Teqlər:  





Xəbər lenti