Azərbaycana 15 sm qar yağıb

Azərbaycana 15 sm qar yağıb
  08 Yanvar 2015    Oxunub:1378
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 7-si günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraiti kəskin dəyişib.
AzVision.az xəbər verir ki, güclü şimal-qərb küləyi Abşeron yarımadasında və bəzi Kür vadisi rayonlarında şiddətlənib, hava yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, səhər saatlarında intensivləşib, dağlıq və dağətəyi rayonlarda güclənib.

Səhər saatlarında olan məlumata görə düşən yağıntının miqdarı 2.5 mm, qar örtüyünün hündürlüyü dağlıq və dağətəyi rayonlarda 15 sm-dək olub. Gün ərzində yağıntılar davam edəcək.


Teqlər:



Xəbər lenti