“Müxalifət ləkə yaxmaqla məşğuldur”

“Müxalifət ləkə yaxmaqla məşğuldur”
  08 Yanvar 2015    Oxunub:1774
“Radikal müxalifətin danışdığı yalanların, atmağa çalışdığı çirkabların arxasında hansı səbəblərin durduğu da məlumdur”.
AzVision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində millət vəkili Azər Badamov deyib.

O bildirib ki, ötən ilin son aylarında bu partiyalar şəhərin mərkəzində mitinq keçirməyə çalışdı və buna nail ola bilmədilər: "Sözün əsl mənasında fiasko yaşandı. Onlar hətta icazəli mitinqə belə 200-300 nəfərdən artıq adam çıxara bilmirlər. Bu özü xalqın onlara inamsızlığının bariz göstəricisidir. Fakt odur ki, radikal düşərgə partiyaların hətta bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürməyə potensial üzvləri yoxdur. Onlar etiraf etməlidirlər ki, ətraflarında üç-beş nəfərdən artıq adam qalmayıb".

Millət vəkili əlavə edib ki, bu partiyalar sadəcə olaraq xarici ermənipərəst qurumlardan ianə almaq və ölkəmizdə keçirilən seçkilərə ləkə yaxmaq əmrini alırlar və onu da yerinə yetirirlər:

"Necə olur ki, dünənə qədər Seçki Məcəlləsinin dəyişdirilməsi bəhanəsi ilə bələdiyyə seçkilərinə qatılmaqdan imtina edənlər bu gün artıq 2015-ci il parlament seçkiləri haqqında danışırlar. Demək ki, onlar sifarişlər əsasında seçkilərə qatılır və ya bundan imtina edirlər. Bu isə növbəti dəfə onların Azərbaycana qarşı olan qüvvələrin oyuncağına çevrildiklərini təsdiqləyir".




Teqlər:



Xəbər lenti