Xaricdə təhsil alan gənclərimizin sayı artır

Xaricdə təhsil alan gənclərimizin sayı artır
  08 Yanvar 2015    Oxunub:1578
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uğurla həyata keçirilir.
Təhsil Nazirliyindən AzVision.az-a bildiriblər ki, 2014/2015-ci tədris ili üçün 572 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilib.

Dövlət Proqramının əsas məqsədi ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara tələbatını ödəmək olduğundan builki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib.

Tələbələr Türkiyə, Böyük Britaniya, Kanada, Rusiya, ABŞ və digər ölkələrdə təhsil alırlar.

AzVision.az


Teqlər:



Xəbər lenti