Bakıda şagirdin saçını yolan müəllimə dindirildi

Bakıda şagirdin saçını yolan müəllimə dindirildi
  09 Yanvar 2015    Oxunub:3437
Təhsil Nazirliyi Bakıda yerləşən 53 saylı orta məktəbdə müəllimənin birinci sinif şagirdinin saçını yolması ilə bağlı mətbuatda yayılan xəbərləri araşdırır.
Bu barədə AzVision.az-a sözügedən məktəbdən məlumat verilib. Bildirilib ki, hazırda Təhsil Nazirliyindən olan nümayəndələr məktəbə gəliblər və araşdırma aparırlar:

“Naziliyin işçiləri hazırda məktəbdədirlər. Onlar məktəbin direktorunu, uşağın saçını yolduğu deyilən Züfiyyə müəlliməni və balaca Dənizi sorğu-sual ediblər. Hazırda yoxlama işləri davam edir. Müəllimənin işdən çıxardılması ilə bağlı isə hələlik heç nə bilmirik”.

Qeyd edək ki, bir neçə saat öncə həmin məktəbin direktoru Firəngiz Həsənova AzVision.az-a açıqlamasında deyilənləri yalanlayaraq ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyeva Dəniz adlı şagirdin saçını yolmadığını, bu məlumatların şagiridin anası tərəfindən uydurulduğunu bildirib:

Xatırladaq ki, mətbuatda balaca Dənizin satçının töküldüyünü əks etdirən fotolar yayılıb. Bildirilib ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qızın saçlarını yolub. Buna səbəb isə birinci sinif şagirdinin yazını yaxşı yazmamağı olub.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti