“Ölümümdə özüm günahkaram” - Rəsmi AÇIQLAMA

“Ölümümdə özüm günahkaram” - Rəsmi AÇIQLAMA
  09 Yanvar 2015    Oxunub:2451
Baş prokurorluq yanvarın 6-da Goranboyda intihar edən Qarabağ qazisi olduğu deyilən Bəxtiyar Əhmədovla bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə şatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər, o cümlədən mərhumun arvadı və oğlu dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən özünü öldürmə həddinə çatdırması barədə hazırkı vaxtadək istintaqa məlumat daxil olmayıb. Hadisə baş verən gün meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına ünvanlanmış “ölümümdə özüm günahkaram” sözləri ilə başlayan məktub aşkar edilib.

B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti