Bakıda ailə faciəsi - ana və qızı öldü

Bakıda ailə faciəsi - ana və qızı öldü
  09 Yanvar 2015    Oxunub:2214
Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Südçülük sovxozunda qeydə alınıb.

Orada yaşayanlar - 1972-ci il təvəllüdlü Gülurə Əli qızı Məmmədova, onun övladları - 21 yaşlı Dərya Oqtay qızı Məmmədbəyli və 20 yaşlı Rövsət Oqtay oğlu Məmmədbəyli dəm qazından boğularaq ölüblər.

Fakta bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti