Azərbaycanda daha bir ana və uşaq ölümü

Azərbaycanda daha bir ana və uşaq ölümü
  10 Yanvar 2015    Oxunub:2042
Azərbaycanda doğuş zamanı daha bir ana və uşaq ölümü baş verib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, hadisə Qax Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Ağayeva Qızbəs səhər saatlarında doğuş zamanı dünyasını dəyişib. 7 aylıq körpənin isə həyatını xilas etmək mümkün olmayıb. Körpə qız uşağı olub və bu qadının 3-cü hamiləliyi olub.

Doğuş təbii yolla həyata keçirilib.

İlkin məlumata görə, doğum zamanı ölümün baş verməsinə tromblaşma səbəb olub

Qeyd edək ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.




Teqlər:  



Xəbər lenti