Qənirə sənin kimi yüz kişiyə dəyər, Əli Kərimli!..

Qənirə sənin kimi yüz kişiyə dəyər, Əli Kərimli!..
  10 Yanvar 2015    Oxunub:5876
Elşən Musayev

Bu günə qədər Qənirə Paşayeva haqda cəmi bir yazı yazmışam. Qafqazinfo.az saytında. O da yarım-tənqidi. Vəssalam. Daha sonra bu xanımın fəaliyyətini sadəcə izləmişəm. Uzaqdan uzağa. Heç bir münasibət bildirmədən.


Baxmayaraq ki, müxtəlif zaman kəsiklərində demək istədiyim nələrsə olub. Fərqli aspektdə, müsbət yöndə. Amma susmuşam. Açığı həm də “nooldu, əvvəl elə deyirdin, indi belə deyirsən” ritorikasına tuş gəlməmək, beyinsiz insanların mənasız təpkilərinə hədəf olmamaq üçün susmuşam...

Fəqət, bir yerə qədər!. Daha doğrusu bu xanımın riyakarcasına bəs-bəlli həlqəyə alındığı məqama qədər!!!

***

Əvvəla ondan başlayım ki, Qənirə Paşayeva siyasi fəaliyyətdən daha çox ictimai fəaliyyətlə məşğuldur. Ayrıca, siyasətin mən də daxil bəzi tipajları kimi maksimalist deyil. Kimsəni iynələmir, sancmır. Ya da bir az loru deyək: öz işi ilə məşğuldur. Hədəf və məqsəd bütün hallarda dövlətçiliyi, ölkə maraqlarını, Prezidentin yürütdüyü siyasəti müdafiə etmək olsa belə..!

Yaxşı, bəs o zaman radikal ünsürlərin (eyni zamanda öz içimizdəki istedadsızların) adamla problemi nədir? Niyə günəşin sağdan, ayın soldan çıxması belə ondan sorulur? Niyə körpüyə qalxıb intihar cəhdində bulunan ixtiyari bir insanın özünəqəsd səbəbi, motivi belə bu müxalif manqurtlar üçün Qənirə Paşayevanın adı üzərində blef eləməkdən daha az əhəmiyyət daşıyır?

Niyə bina tikənlər, ömrü boyu ağzına su alıb oturanlar, bu hakimiyyətin çörəyini yeyib kənarda şellənənlər, bir qəpiklik fəaliyyəti olmasa da ortalıqda sinəsinə döyüb gəzənlər deyil, məhz Qənirə Paşayeva məlum qurumsaqların, kamikadzelərin, fanatların hədəfinə çevrilir?

Deyim, niyə... Çünki meydandadır. Çünki çox adamın gözünü deşir. Çünki çox insanın olmaq istədiyi, fəqət ola bilmədiyi məqamdadır. Çünki daşı ağırdır. Çox ağır! Olduqca ağır! Son dərəcə ağır!..

Hətta... “Azadlıq” adında missioner bir saytın, “axcpşnik” ayamalı zombiləşmiş bir toplumun başına düşəcək qədər ağır!..

Öz “priçeska”sını belə Əli Kərimlinin zövqü ilə yığan pırpızsaç, vızbaş köşə yazarlarının təpəsinə enəcək qədər AĞIR!

***

İndi də Müjdə Ar çıxıb ortalığa. Türkiyəli aktrisa. Adam haradasa boğazdan yuxarı üfləyib ki, Azərbaycan Universitetlərinin birindən saxta diplom alacağam (deyilənə görə Prezident seçkilərinə hazırlaşırmış. Bu səbəbdən lazımmış). Və... cavabı da anındaca verilib. Həm müxtəlif yazarlar, həm də... millət vəkili Qənirə Paşayeva tərəfindən!

Burda bir qəbahət varmı? Cavab verənləri deyirəm – yanlışmı ediblər? Və ya Müjdə Arın fikirlərində tutalım, lap ehtimal kimi götürək, həqiqət var (hərçənd bu ehtimal sıfırın da altındadır. Ən azından hazırkı dövr üçün. Əks halda saxta diplom biznesinin köhnə iştirakçıları bu gün istintaq idarələrində dizin-dizin sürünməzdilər) - onunla həmrəylik nümayiş etdirib dövləti, təhsil sistemini biabırmı etmək lazım idi?

Müjdə Arın öz təhsil sistemlərindən, yəni Türkiyədəki durumdan xəbəri varmı? O sistemin dövlətə 75 faiz yazı-pozu bilməyən, 15 faiz orta, 5 faiz isə ali təhsilli insan resursu bəxş elədiyinin fərqindədirmi? (Həm də nəzərə alsaq ki, son qeyd elədiyim 5 faizin 3-ü Qərb ölkələrində, digər 2-si isə “basməmmədi” üsullarla daxili Universitetlərdə təhsil alır)

Və nəhayət... hər şey bir yana qalsın: Müjdə Ar məsələsinin Parlament seçkilərinə, beynəlxalq münasibətlərə, ölkədəki ümumi duruma nə aidiyyatı var? Əli Kərimli və başının dəstəsi ağlını bu qədərmi itirib? Bura qədərmi itirib? Yoxsa bu bədxah qəzetin manşetlərində müsbət imiclə zühur etmək üçün Qənirə deyil, mütləq Gültəkinmi olmaq lazımdır? Ya da Əli Kərimlinin özünə bənzəyərək ata-ata, sata-sata gəlib, liderinə qahmar çıxıb axırda da Sorosun, Kremerin, Markizin, İvanın, Corcun qucağında oturmaqmı lazımdır?

Bəlkə xəbərimiz yoxdur: qrant yeyib, torpaq satıb, itlə-qurdla sövdələşib millətin, dövlətin taleyini hərraca çıxarmaq, ya da nə bilim “Gözəl”lərin, ”Zümrüd”lərin, “Azadə”lərin DALINDA gizlənməkmi lazımdır? Hə?!.

***

Bir qadınla bu qədər uğraşma, Əli Kərimli!..
Qarşındakı qadın sənin kimi yüz yox, milyon kişiyə dəymiş olsa belə... yenə də uğraşma!

Aktual.az


Teqlər:  



Xəbər lenti