Fətullah Gülən ermənilərə işləyir

Fətullah Gülən ermənilərə işləyir
  12 Yanvar 2015    Oxunub:3155
“Paralel dövlət” erməni məsələsində Türkiyənin əleyhinədir.

AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, “Paralel dövlət” Türkiyənin əleyhinə nə qədər ünsür varsa, onlarla əməkdaşlıq edir. Bu siyahıda ermənilər də var.

“Onlar hər yerdə Türkiyəni ləkəmək istəyirlər”,-deyən nazir daha sonra sözlərinə bunları əlavə edib:

“Bu adamlar “Biz türkük” deyir, amma bu ölkəni zəiflətmək üçün hər şeyi edirlər. ABŞ-da Türkiyənin əleyhinə qərarlar çıxartmaq üçün əllərindən gələni edirlər. “Erməni soyqırımı” məsələsində belə Türkiyənin əleyhinədirlər. Ermənilərlə əməkdaşlıq edirlər”,-deyə nazir qeyd edib.

Qeyd edək ki, “paralel dövlət” barəsində beynəlxalq axtarış elan edilən nurçu lider Fətullah Gülən tərəfindən idarə olunur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti