Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  13 Yanvar 2015    Oxunub:1347
Yanvarın 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az -a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək

Havanın temperaturu gecə 0-3, gündüz 6-8 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcə qədər isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10, şaxta, gündüz 0-5 dərəcə isti olacaq.




Teqlər:



Xəbər lenti