Türkiyədə “Xocalı şəhidləri” abidəsi ucaldılacaq

Türkiyədə “Xocalı şəhidləri” abidəsi ucaldılacaq
  14 Yanvar 2015    Oxunub:1838
Türkiyənin İzmit şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılacaq.
AzVision.az xəbər verir ki, bu barədə İzmit bələdiyyəsi məlumat yayıb.

Bildirilib ki, bələdiyyənin layihəsi əsasında inşa ediləcək abidənin açılışı fevralın 26-na planlaşdırılır. Hündürlüyü 3,30 metr olacaq “Xocalı şəhidləri” abidəsi şəhərin Yenişəhər Məhəllə meydanında qoyulacaq. Dizayndakı Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin qardaşlığının, səmaya doğru yüksələn sütunlar isə şəhidliyin rəmzlərini ifadə edəcək.

Abidənin ucaldılması ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdiyi dəhşətli soyqırımın daim xatırlanması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.




Teqlər:



Xəbər lenti