Nazirlik şagirdin döyülməsini araşdırır - AÇIQLAMA

Nazirlik şagirdin döyülməsini araşdırır - AÇIQLAMA
  14 Yanvar 2015    Oxunub:2249
Təhsil Nazirliyi Sumqayıt şəhəri 37 saylı orta məktəbdə müəllimənin şagirdi döyməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.
Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda məsələ araşdırılır. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Sitarə Zaəngəzurlu adlı şəxs Facebook sosial şəbəkəsində oğlunun şəklini paylaşaraq onun müəlliməsi tərəfindən döyüldüyünü bildirib.

“Sumqayıt şəhər 37saylı məktəbdə təhsil alan oğlum 6b sinfinin şagirdi Emin və sinif rəhbəri Gülşarə tərəfindən döyülərək bu hala gəlib hal-hazırda oğlumun vəziyyəti pisdir”.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti