AMEA prezidenti: “Deyirlər pulumuz yoxdur, mən də deyirəm tapın...”

AMEA prezidenti: “Deyirlər pulumuz yoxdur, mən də deyirəm tapın...”
  14 Yanvar 2015    Oxunub:2835
Alimlərin xarici ezamiyyətə göndərilməsi üçün verilən vəsait bizi qane edir. Lakin daxili ezamiyyətdə problem var.
AzVision.az xəbər verir ki, bu barədə AMEA prezidenti Akif Əlizadə mətbuat konfransında bildirib.

“Ekspedisiyaya gedən alimlərə əlavə vəsait ayrılmalıdır. Çünki bu alimin araşdırmasının bir hissəsidir. Bu məsələni bir neçə dəfə qaldırmışam. Əfsuslar olsun ki, məsələ həll olmayıb. Hazırda bu məsələyə baxılmaqdadır. Mənim mövqeyim qətidir. Onlar pulumuz yoxdur deyir, mən də deyirəm tapın”.

A.Əlizadə gənc alimlərin xarici ölkələrdə təhsil məsələsinə də toxunub.

“Bu məsələ hər zaman AMEA-nın diqqətindədir. Büdcə vəsaitlərin bir hissəsi alimlərin xarici ölkələrdə təcrübə keçməsinə yönəldəcəyik. Bu barədə seçimi ciddi aparırıq. Müraciət edən 50 nəfərdən 10-u keçirsə, bu uğurlu nəticədir. İnstitutlara da müraciət edirəm ki, təklifləri göndərəndə doğru seçim etsinlər”.

Alimlərə bir sıra mükafatların verilməsinə toxunan AMEA prezidenti bildirib ki, elmi adların verilməsi üçün elan veriləcək.

“İki qızıl medal təsis edilib. Onlardan biri yerli, digər xarici alimə veriləcək. Mütəmadi olaraq gənc alimlərə mükafatlar təsis edirik. Bunlar da alimlərin stimullaşdırılmasına xidmət edir və iş prosesinin təzahürləridir. Bu il də adlı mükafatların verilməsini ciddi təhlil edəcəyik”.

Elm haqqında qanunda özəl elmi müəssisələrin yaranması məsələsinə münasibət bildirən A.Əlizadə qeyd edib ki, həmin müəssisələr akademiyanın işini asanlaşdıracaq:

“AMEA özəl elmi müəssisələrin yaranmasından narahat deyil. Alimlərimiz həmin müəssisələrə yönələ bilər. Lakin həmin müəssisələrin Akademiya səviyyəsinə çatmasını düşünmürəm. Çünki onlar müəyyən istiqamətə yönəlmiş olacaq. Həmin müəssisələrin fəaliyyətini dar çərçivəni əhatə edəcək”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti