Prezident benzini niyə ucuzlaşdırdı? - AÇIQLAMA

Prezident benzini niyə ucuzlaşdırdı? - AÇIQLAMA
  14 Yanvar 2015    Oxunub:4033
“Prezidentin Tarif Şurasının qərarını ləğv etməsi barədə verdiyi tapşırıq onu göstərir ki, o, hər bir insanın vəziyyətini diqqət mərkəzində saxlayır”
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

“Bu, bir daha göstərir ki, Azərbaycan dövləti özünün iqtisadi inkişafını qiymət artımı və yaxud yükü əhalinin üzərinə qoymaqla deyil, düzgün və səmərəli iqtisadi siyasət aparmaqla həll edə bilər. Baxmayaraq ki, dünyada iqtisadi böhran gedir və bir çox iqtisadi cəhətdən güclü olan ölkələrin milli valyutaları qiymətdən düşməkdədir. Azərbaycan bu gün dünyada ən stabil milli valyutaya malik olan ölkələrdən biridir. Buna baxmayaraq, ötən il Azərbaycanın valyuta ehtiyatı hətta xeyli dərəcədə artıb”.

A.Mirzəzadə Tarif Şurasının qiymət artımı qərarının ləğv edilməsinə münasibət bildirib. Qeyd edib ki, bununla da bəzi işbazlar suni şəkildə qiymətləri artıra bilməyəcəklər:

“Mən cənab Prezidentin qərarını düzgün sayıram və hesab edirəm ki, bu tip məsələlərdə cəmiyyətin əhval-ruhiyyəsi nəzərə alınması dövlətin vətəndaşının qayğıları ilə yaşadığını sübut edir. Prezidentin operativ reaksiyası onun daima cəmiyyətin əhval-ruhiyyəsini nəzərə aldığını xəbər verir. Hökumətin özünün həll edə biləcəyi məsələləri digər mənbələr axtarmaqla həll etmək daha düzgündür. Ümumən götürdükdə, hər bir məsələyə cənab Prezidentin reaksiya verməsi, həmin məsələnin daha düzgün həlli üçün yollar göstərməsi Azərbaycanda həm dövlətçiliyin, həm də iqtisadi inkişafın düzgün istiqamətdə getdiyini göstərir.

Ölkə Prezidentinin Tarif Şurasının qərarına kəskin reaksiya bildirməsi və onun dəyişdirilməsi göstərir ki, dövlət başçısı cəmiyyətdə gedən müzakirələri diqqətlə izləyir və hər hansı bir narahatlığın aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verir. Azərbaycan iqtisadiyyatının sabit inkişafı üçün ciddi addımlar atılır. Baxmayaraq ki, dünyada maliyyə böhranı hökm sürür, amma manat isə ən sabit valyutalardan biri sayılır. Azərbaycan iqitsadiyyatının inkişafı üçün bir çox layihələr həyata keçirilir. Benzinin qiymətində kiçik bir dəyişikliyin edilməsini yol vergisinin ləğv edilərək yanacağın üstünə gəlinməsi ilə izah edirdilər. Amma cənab Prezidentin baxışları fərqlidir. O, hesab edir ki, Azərbaycan hazırkı durumu ilə istənilən problemin həllini öz üzərinə götürmək imkanındadır. Eyni zamanda bundan bəzi işbazlar qiymət artımı üçün sui-istifadə edəcəkdilər. Ancaq indi onun qarşısı alınır və qiymətlər stabil qalır”.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti