Sumqayıtda güclü partlayış: ölən və yaralananlar var

Sumqayıtda güclü partlayış: ölən və yaralananlar var
  14 Yanvar 2015    Oxunub:2563
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
AzVision.az xəbər verir ki, yanğın nəticəsində evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlib və ev deformasiyaya uğrayıb. Yanğın zamanı ev sahibinin qızı 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub, 2 nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb. Yanğın saat 12:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:



Xəbər lenti