Komitə 820 müəssisədə yoxlama aparıb

Komitə 820 müəssisədə yoxlama aparıb
  14 Yanvar 2015    Oxunub:2489
Ötən il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 820 müəssisədə - yanacaqdoldurma və maye-qaz doldurma məntəqələrinə, alkoqollu içki istehsalı, əlvan metalların tədarükü, emalı, tibbi, əczaçılıq fəaliyyətinə lisenziya alınması üçün rəy verilməsi ilə əlaqədar araşdırma aparıb və müvafiq rəy hazırlayıb.

Komitədən bildirilib ki, 40 müəssisədə olan çatışmazlıqlarla bağlı təsdiqedici sənədin verilməsindən imtina edilib. Hesabat dövründə 289 ədəd yeni ölçmə vasitəsinin tipi təsdiq olunaraq Azərbaycan Respublikasının tipi təsdiq edilmiş standart nümunələrinin və ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilib.


Teqlər:



Xəbər lenti