Maskalı şəxs “Azərpoçt”a hücum etdi

Maskalı şəxs “Azərpoçt”a hücum etdi
  15 Yanvar 2015    Oxunub:2224
Yanvarın 14-də Bakıda quldurluq hadisəsi baş verib.
AzVision.az lent.az-a istinadən xəbər verir ki, saat 19 radələrində tapança və bıçaqla silahlanmış naməlum şəxs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC-nin Sabir küçəsi 70 ünvanında yerləşən 31 saylı poçt şöbəsinə basqın edib. Silahlı şəxs şöbənin əməkdaşlarını hədələyərək pul tələb edib. O, poçt şöbəsində olan 300 manata yaxın pulu götürərək aradan çıxıb.

Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti